“Fənərbaxça” 1-ci liqa klubuna məğlub oldu
Bizi izləyin

İdman

“Fənərbaxça” 1-ci liqa klubuna məğlub oldu

Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilməsi nəzərdə tutulsa da, onlardan biri güclü qar yağışı səbəbindən baş tutmayıb. Baş tutan oyunlara gəlincə, “Kayserispor” doğma meydanda “Akhisarspor”a uduzub. Altı qolun qeydə alındığı “Antalyaspor” - “Göztəpə” qarşılaşması isə heç-heçə başa çatıb.

İkinci oyun günündə 3 qarşılaşma keçirilib. “Yeni Malatyaspor” “Bodrumspor”la 5 qolluq matçdan çətin qələbə ilə ayrılıb. “Başakşəhər” “Hatayspor”u, “Trabzonspor” isə “Balıkəsirspor”u məğlub yola salıb.

Son oyun gününə 2 qarşılaşma təsadüf edib. "Alanyaspor" - "Kasımpaşa" matçında hesab açılmayıb. "Fənərbaxça" isə səfərdə "Ümraniyəspor"a minimal hesabla məğlub olub.

Türkiyə Kuboku, 1/8 finalın ilk oyunları

15 yanvar

Kayserispor - Akhisarspor 1:2

Antalyaspor - Göztəpə 3:3

Boluspor - Qalatasaray matçı təxirə salınıb

16 yanvar

Yeni Malatyaspor - Bodrumspor 3:2

Başakşəhər - Hatayspor 1:0

Trabzonspor - Balıkəsirspor 2:1

17 yanvar

Alanyaspor - Kasımpaşa 0:0

Ümraniyəspor - Fənərbaxça 1:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm