"Yuventus" inanılmazı bacardı - VİDEO
Bizi izləyin

İdman

"Yuventus" inanılmazı bacardı - VİDEO

İtaliya A Seriyasında 21-ci turunun mərkəzi görüşündə "Latsio" çempionatın lideri "Yuventus"u qəbul edib.

Publika.az xəbər verir ki, Romadakı "Olimpiko" stadionunda keçirilən oyunda hesab 59-cu dəqiqədə Emre Canın avtoqolu ilə açılıb.

Geriyə düşməsinə baxmayaraq, Turin klubu əzmkarlıq nümayiş etdirərək qarşılanmanı qələbə ilə başa vura biliblər. 74-cü dəqiqədə Joau Kanselu bərabərlik qolunu vurub, 88-ci dəqiqədə isə Kriştianu Ronaldu penaltidən fərqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm