Türkiyə klubu REKORD qırdı - 1 saata 22 transfer
Bizi izləyin

İdman

Türkiyə klubu REKORD qırdı - 1 saata 22 transfer

Türkiyənin “Elazığspor” komandası dünya rekordu qırıb.

Publika.az xəbər verir ki, TFF 1-ci liqada mübarizə aparan komanda qış transfer pəncərəsinin bağlanmasına 1 saat qalmış 22 futbolçu ilə müqavilə imzalayıb.

Bunun ardınca transferlər rəsmi olaraq Türkiyə Futbol Federasiyasına bildirilib.

Futbolçulardan 6-ı icarəyə götürülüb, digərləri isə 1,5 illiyə transfer edilib.

Qeyd edək ki, “Elazığspor” bir müddətdir ki, maddi sıxıntılar yaşayır və idarə heyətində böyük boşluq var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm