“Qalatasaray” “Alanyaspor”la bacarmadı
Bizi izləyin

İdman

“Qalatasaray” “Alanyaspor”la bacarmadı

Türkiyə Superliqasının XX turunda “Qalatasaray” səfərdə “Alanyaspor”un qonağı olub.

Publika.az xəbər verir ki, baş hakim Alper Ulusoyun rəhbərliyi ilə baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, oyunda qalib müəyyənləşməyib. Qarşılaşmanın 45-ci dəqiqəsində “Alanyaspor”un hücumçusu Djalma Kampos hesabı açıb. Qonaqların cavabı çox çəkməyib. Sofian Fequli 52-ci dəqiqədə hesabı bərabərləşdirib. Oyun elə bu hesabla da bitib.

Bu bərabərlik sayəsində “Alanyaspor” xallarının sayını 25-ə çatdıraraq turnir cədvəlində 10-ci pillədə öz yerini möhkəmlədib. “Qalatasaray” isə 36 xalla 2-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu gün oynanılan “Yeni Malatyaspor” - “Kayserispor” matçında qalib müəyyənləşməyib – 1:1. Həmçinin “Kasımpaşa” və “Sivasspor” oyununda 1:3 hesab ilə qonaqlar qalib gəlib. Digər qarşılaşmada isə “Trabzonspor” “Ankaragücü”nü qəbul edib. Oyunda meydan sahibləri minimal hesabla qalib gəliblər - 1:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm