"Neftçi"nin yeni legioneri: "İlk oyunumda qol vurduğum üçün..."
Bizi izləyin

İdman

"Neftçi"nin yeni legioneri: "İlk oyunumda qol vurduğum üçün..."

"Bizim üçün çox yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynadıq. Bura qələbə üçün gəlmişdik. Heç-heçəni də müsbət nəticə saymaq olar".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Mamadu Mbodj Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la 1:1 hesablı heç-heçədən sonra deyib.

Qarşılaşmanın 30-cu dəqiqəsində cavab qolunu vuran seneqallı müdafiəçi komandası üçün faydalı olmağa çalışdığını deyib:

"İlk rəsmi oyunda qol vurduğum üçün sevinirəm. Komandama faydalı olmağa çalışıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm