"Mançester Siti" "Arsenal"ı məğlub etdi
Bizi izləyin

İdman

"Mançester Siti" "Arsenal"ı məğlub etdi

Fevralın 3-də İngiltərə Premyer Liqasının 25-ci turun mərkəzi qarşılaşmasında "Mançester Siti" doğma azarkeşlər önündə "Arsenal"ı qəbul edib.

Publika.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Şəhərlilər"in heyətində hər üç qolu argentinalı Serxio Aquero vurub. "Arsenal" klubunun qoluna Loran Koselni imza atıb.

Günün digər qarşılaşmasından "Mançester Yunayted" səfərdə "Lester"i minimal hesabla məğlub edib (1:0).

Turun ən məhsuldar görüşü “Stemford Bric” stadionunda olub. “Haddersfild”i qəbul edən “Çelsi” 5:0 hesablı qələbə qazanıb. “Çelsi”nin qollarını yeni transfer Qonzalo İquayin (16, 69), Eden Hazar (45, 66) və David Luiz (86) vurublar.

Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Brayton”-“Uotford” - 0:0

“Börnli” – “Sauthempton” - 1:1

“Kristal Pelas” – “Fulhem” - 2:0

“Everton” – “Vulverhempton” - 1:3

“Kardiff Siti” – “Bornmut” - 2:0.

Qeyd edək ki, tura fevralın 4-də keçiriləcək “Vest Hem Yunayted”-“Liverpul” oyunu ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm