İdman
Suarezin bəhanəsi ...
Uruqvay-İtaliya oyununda italiyalı futbolçu Kyelinini dişlədiyi üçün cəzalandırılan cənubi amerikalıların hücumçusu Luis Suarezin FİFA-ya göndərdiyi müdafiə məktubunun mətni ortaya çıxıb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, uruqvaylı hücumçu hərəkətin bilərəkdən edilmədiyini bildirib.
“Hadisə qəti şəkildə insanların anladığı şəkildə baş verməyib. Bir zərbədən sonra rəqibin üstünə düşdüm. Dişlərimdə böyük bir ağrı hiss etdim”, - Suarez beynəlxalq futbol qurumuna yazıb.
Xatırladaq ki, FİFA 3-cü dəfə fərqli oyunçuları dişləyən Suarezə
ağır cəza verib. FİFA İntizam Komitəsinin qərarına əsasən Suarez 9
beynəlxalq oyundan və 4 ay futboldan uzaqlaşdırılıb.
Beləliklə, Suarez üst-üstə 34 oyun meydana çıxa bilməyəcək. Bundan
əlavə uruqvaylı futbolçu 100 min İsveçrə frankı da cərimə
ödəyəcək.
Xatırladaq ki, Suarez bundan əvvəl də iki dəfə rəqibini dişləmişdi.
Həmin vaxt yalnız qırmızı kart cəzası alan futbolçu bu dəfə daha
ağır cəza alıb.
Uruqvayın rəsmi futbol qurumu qərardan apelyasiya verib.
Ömər Dağlı
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək