İdman
“Judo Club 2012”nin samboçusu Avropa üçüncüsü oldu - FOTO
“Judo Club 2012”nin samboçusu Avropa çempionatının bürünc medalına sahib olub.
Publika.az xəbər verir ki, bu gün Kiprin Limasol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı start götürüb. Yarışda ölkəmizi 12 idmançı təmsil edir. Komandamız yeniyetmələr arasında 8, gənclərin yarışında isə 4 idmançı ilə mübarizə aparır.
Yığma komandamızın heyətində «Judo Club 2012»nin gənc samboçusu Vilayət Bayramov da yer alıb. Klubun yetirməsi qitə çempionatının ilk günündə ölkəmizə bürünc medal qazandırıb. Gənclər arasında yarışda 62 kq çəki dərəcəsində çıxış edən Vilayət Bayramov ilk görüşdə Fransa təmsilçisi üzərində qələbə qazanıb. Növbəti mərhələdə ukraynalı idmançıya məğlub olan samboçumuz bürünc medal uğrunda təsəlliverici görüşlərdə qüvvəsini sınayıb. Samboçumuz ilk təsəlliverici görüşdə bolqarıstanlı idmançıya tam üstünlüklə qalib gəlib. Üçüncü yer uğrunda həlledici görüşdə isə Belarus idmançısı üzərində qələbə qazanan Vilayət Bayramov gənclər arasında Avropa çempionatının bürünc medalına layiq görülüb.
Sambo üzrə Avropa çempionatına aprelin 16-da yekun vurulacaq.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR