Küsüb “Real”dan gedir
Bizi izləyin

İdman

Küsüb “Real”dan gedir

Küsüb - “Real”dan gedir

Argentina millisinin üzvü Anxel di Maria “Real”dan ayrılmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, futbolçu klub rəhbərliyinin ona biganə münasibət göstərməsindən inciyib.

Ceyms Rodrigesin Kolumbiya millisinin heyətində uğurlu çıxış etməsi “Real” rəhbərliyinin bu futbolçuya marağını artırıb. Futbolçu özü də “Real”da oynamaq istədiyini bildirib.

Bu situasiya isə Anxel di Marianı qane etməyib. O, klub rəhbərliyindən transferə çıxarılmasını tələb edib.

Argentinalı futbolçu hələ ötən mövsümün əvvəlində “Real”ı tərk etmək istəyirdi. Ancaq həmin vaxt Karlo Ançelotti onu komandada qalmağa razı sala bilmişdi.

Qeyd edək ki, Di Marinın xidmətində “Monako”, PSJ, “Mançester Siti”, “Mançester Yunayted” və “Yuventus” maraqlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm