Yaxın Şərq
HƏMAS-ın yeni lideri o ola bilər - Götür-qoy edilir / FOTO
Fələstinin HƏMAS hərəkatının rəhbərliyi Xəlil əl-Heyyanı təşkilatın Siyasi Bürosunun yeni rəhbəri təyin etmək imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “Ash-Sharq al-Awsat” qəzeti hərəkatdakı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, HƏMAS lideri Yəhya Sinvar İsrail qüvvələri tərəfindən məhv ediləndən sonra təşkilat kollektiv şəkildə idarə olunur. Bununla belə, nəşrin həmsöhbətləri iddia edirlər ki, seçkilər üçün müvafiq şərait yaradılarsa, əl-Heyya Siyasi Büronun rəhbəri postunu tuta bilər. Yeni liderin seçilməsi istənilən vaxt baş tuta bilər, lakin onun adı əvvəlcədən açıqlanmayacaq.

"Əş-Şərq əl-Avsatın" məlumatına görə, əl-Heyya hazırda Qəzza zolağında HƏMAS-ın siyasi bürosuna rəhbərlik edir və atəşkəs üzrə danışıqlar qrupu da daxil olmaqla, hərəkatın əsas siyasi sahələrinə, həmçinin Fələstin bölgəsinin gələcək idarəçiliyi ilə bağlı FƏTH-lə dialoqa nəzarət edir.
Oktyabrın 17-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Həmas Siyasi Bürosunun lideri Yəhya Sinvarın məhv edildiyini elan edib. Onunla görüş İsrail hərbçiləri üçün gözlənilməz olub: ölkə ordusunun nümayəndəsi Daniel Həqarinin sözlərinə görə, onlar onun dəqiq harada gizləndiyini bilmirdilər.
Hüseyn İbadlı
-
Sağlamlıq15:30Qaynadılmış suyun qorxunc fəsadları: Ekspert elə şeylər danışdı ki...
-
Nida Xəbər 15:00O generala ərə gedən, bu generalın bacısı qızıdır - FOTO
-
İdman14:18Yeddiqat dünya çempionu Kardaşyanla eşq yaşayır? - Romantik gecə keçirdilər
-
İdman13:12"Sabah" "Qarabağ"ı taxtdan salacaq? - "Nyukasl" səddini keçsələr, vəziyyət gərginləşəcək
-
Avropa13:00Almaniyanın Rusiyaya qarşı yeni planı: Avropada çaxnaşma yarandı
-
Nida Xəbər 12:3067 yaşında özünə toy edən generalla bağlı mühüm fakt - FOTO
-
Dünya12:06Cinayət dünyasının lideri belə öldü: Xəbəri prezident paylaşdı
-
İqtisadi gündəm11:46Bütün növ pensiyalar artırılacaq






.jpg)






.jpg)






.jpg)













.jpg)






