Elm və təhsil
Müəllim qəbulda əsəbiləşdiyi üçün ölüb? - AÇIQLAMA
Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edən Elnur Aslanovun bir neçə gün öncə Goranboy Təhsil Sektorunda qəbul zamanı əsəbiləşdiyi üçün beyninə qan sızdığı, bundan sonra olunan tibbi müdaxilələrə baxmayaraq vəfat etdiyi iddia olunurdu.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb.
Bildirilib ki, fizika müəllimi Elnur Aslanovun 30 oktyabr tarixində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədovun qəbulunda olması və qəbuldan sonra əsəbləşərək halının pisləşməsi məlumatları həqiqəti əks etdirmir:
“Belə ki, Elnur Aslanov 30 oktyabr, saat 17:00 radələrində çalışdığı məktəbin direktor vəzifəsini icra edən Gülxanım Abdullayeva ilə birgə SIMA proqramının yüklənməsinə dəstək göstərilməsi məqsədi ilə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun inzibati binasına gəliblər. Sektorda təxminən 30 dəqiqə qaldıqdan sonra işini bitirib, sektor müdirinin qəbulunda olmadan evə getmək üçün binadan ayrılıb”.
Qeyd edilib ki, sektorun həyətində müəllimin halının pisləşdiyini görən sektorun əməkdaşları dərhal təcili tibbi yardım xidmətinə müraciət ediblər:
“Elnur Aslanov Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Təəssüf hissi ilə bildiririk ki, Elnur Aslanov 03 noyabr 2024-cü il tarixdə öz evində dünyasını dəyişib. Sosial şəbəkələrdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru ilə bağlı səsləndirilən digər məsələlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. Məsələ ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. ( "Qafqazinfo")
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi







.jpg)





.jpg)



.jpg)


.jpg)














.jpg)

