Daha bir ispaniyalı futbol əfsanəsi karyerasını bitirdi
Bizi izləyin

İdman

Daha bir ispaniyalı futbol əfsanəsi karyerasını bitirdi

“Barselona” komandasının unudulmazlarından olan Xavi Hernandez karyerasını başa vurur.

Publika.az xəbər verir ki, ulduz mövsümün sonunda futbolla vidalaşacaq.

2015-ci ildən bəri Qətərin “Əl Sədd” klubunda çıxış edən Hernandez bu barədə ölkənin “The Peninsula” qəzetinə danışıb: “Bu, futbolçu olaraq son mövsümüm. Ancaq baş məşqçi olaraq gələcəyin nələr gətirəcəyini görmək üçün səbrsizlənirəm”.

Qeyd edək ki, 35 yaşlı Xavi Hernandez 1998-2015-ci illərdə “Barselona”da, 2000-2015-ci illlərdə İspaniya yığmasında forma geyinib. Bu dövrdə 4 Çempionlar Liqası, 8 İspaniya La Liqası olmaqla, 25 çempionluq yaşayıb. “Barselona”da çıxdığı 767 matçda 85 qol vurub. Millidə isə 133 dəfə forma şansı əldə edib. Burada 1 Dünya, 2 Avropa Çempionluğu yaşayıb. Qətərdə isə 4 ildə biri liqada olmaqla, 4 dəfə kubok sevinci yaşayıb.

Qeyd edək ki, ötən gün "Real Madrid"in əfsanəvi qapıçısı İker Kasilyas da sağlamlıq problemlərinə görə karyerasını bitirmək məcburiyyətində qaldığını açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm