Avroliqanın finalına 52 mindən artıq bilet satılıb - RƏSMİ
Bizi izləyin

İdman

Avroliqanın finalına 52 mindən artıq bilet satılıb - RƏSMİ

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa 52 mindən artıq bilet satılıb.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla Trend-ə danışıb.

F.Abdulla bildirib ki, paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir.

"Biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil".

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda“Çelsi” ilə “Arsenal” komandaları arasında keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm