İdman
Bakı finalının açılış mərasimi - FOTO/VİDEO
Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, final oyununun möhtəşəm açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu UEFA Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşadıb. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxıb.
Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin coşqulu alqışları ilə qarşılanıb.
Əsrarəngiz xüsusi effektlər “Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa edib və tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya da ehtiramın ifadəsi olub.
Mərasimin ən yadda qalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları altında “Çelsi” və “Arsenal” komandalarının nəhəng formalarının arenaya gətirilməsi olub.
Sonra kubok arenaya gətirilib və futbolçular meydana çıxıblar.
Qeyd edək ki, açılış mərasiminin prodüseri Polşanın “Platige Image” şirkətidir. Bu şirkət indiyədək yeddi UEFA mərasiminin hazırlanmasında iştirak edib. UEFA Avropa Liqasının Bakıdakı final matçının açılış mərasimi dünya miqyasında canlı şouları yaradan və onları idarə edən tanınmış xoreoqraf, dəb şoularının rejissoru və səhnə rejissoru Valdek Şimkoviakdır.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ