"Grand Prix 2019": Məmmədyarov finala vəsiqə qazandı
Bizi izləyin

İdman

"Grand Prix 2019": Məmmədyarov finala vəsiqə qazandı

Riqada FIDE və "World Chess" şirkətinin birgə təşkil etdiyi "Grand Prix 2019" seriyasının ikinci mərhələsinin yarımfinal oyunları başa çatıb.

Publika.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinal çərçivəsində keçirilən hər iki partiyada amerikalı Uesli Sonu məğlub edərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, təmsilçimiz səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.

Pley-off sistemi üzrə keçirilən Qran-Pri yarışında göstərilən nəticələrə görə, şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə, ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm