Bu gün "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli olacaq - YENİLƏNİR
Bizi izləyin

İdman

Bu gün "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli olacaq - YENİLƏNİR

Bu gün Çempionlar Liqası və Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

UEFA-nın Nyondakı qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

İlk olaraq ÇL-in püşkü atılacaq ki, bununla 3-cü mərhələdə mübarizə aparacaq APOEL - “Qarabağ” cütünün qalibinin rəqibi də müəyyənləşəcək.

Səpələnməmişlər səbətində yer alacaq cütlüyün rəqibi səpələnmişlər səbətindəki nisbətən güclü komandaların cəmləşdiyi aşağıdakı cütlüklərdən birinin qalibi olacaq:

PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)

ÇFR (Rumıniya) - "Seltik" (Şotlandiya)

"Srvena zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)

"Dinamo" (Xorvatiya) - "Ferensvaroş" (Macarıstan)

Avropa Liqasının pley-off mərhələsinin püşkü isə Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Püşkdə Avroliqadakı təmsilçisimiz "Neftçi"nin də pley-offdakı rəqibi bilinəcək.

"Ağ-qaralar" 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda səpələnməmişlər səbətində yer alacaq və "səpələnmişlər"dəki aşağıdakı cütlüklərdən birinin qalibi ilə görüşəcək:


"Antverpen" (Belçika) - Viktoriya" (Çexiya)

"Brondbü" (Danimarka) - "Braqa" (Portuqaliya)

"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Almaniya)

"Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Qerseqovina)

"Partizan" (Serbiya) - "Malatyaspor" (Türkiyə)

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" isə 3-cü mərhələdə APOL-lə bacarmasa, mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Bu zaman komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində qərarlaşacaq və Avroliqanın üçüncü mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq.


"Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya)

"Ludoqorets" (Bolqarıstan) - TNS (Uels)APOL

"Sarayevo" (Bosniya və Herseqovina) - BATE (Belarus)

"Astana" (Qazaxıstan) - "Valletta" (Malta)

"Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya) - (Qol.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm