Neymar məşqlərdən kənarlaşdırıldı
Bizi izləyin

İdman

Neymar məşqlərdən kənarlaşdırıldı

PSJ-nin futbolçusu Neymar komanda ilə məşqlərdən kənarlaşdırılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə Braziliyanın "Esporte Interativo" telekanalı məlumat yayıb. 27 yaşlı futbolçunun gələcəyi ilə bağlı qərar verilənə qədər fərdi qaydada məşq edəcəyi bildirilib.

"Diario Sport" nəşri isə yazıb ki, PSJ braziliyalı oyunçunun komandanı tərk edəcəyini bilir. Onun "Barselona" və ya "Real"a keçəcəyi vurğulanıb.

Qeyd edək ki, Neymar transfer danışıqlarına görə Fransa çempionatının 1-ci turunda "Nim"lə oyun üçün heyətə daxil edilməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm