İdman
"Linfild"in baş məşqçisi: "Qarabağ"ın aqressiv olacağını düşünmürəm
"Bizi çətin oyun gözləyir. "Qarabağ" avrokuboklarda daimi çıxış edən yaxşı kollektivdir. Onların Kiprin APOEL klubuna qarşı son oyunlarına baxdım və ikinci oyunun nəticəsi məni təəccübləndirdi".
Bu fikirləri Şimali İrlandiyanın "Linfild" komandasının baş məşqçisi Devid Hili "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransda deyib.
40 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqası ilə vidalaşdığı üçün məyus olduğunu diqqətə çatdırıb: "Rəqib indi daha da diqqətli oynayacaq. "Qarabağ"ın növbəti matçda çox aqressiv olacağını düşünmürəm. Biz hər iki görüşdə ən yaxşı oyunumuzu sərgiləməliyik. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Qarabağ"ın heyətində yaxşı futbolçular var".
Qeyd edək ki, Belfastdakı qarşılaşma avqustun 22-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Cavab görüşü avqustun 29-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək (Report).
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi