"Bavariya"nın futbolçusu əməliyyat olundu
Bizi izləyin

İdman

"Bavariya"nın futbolçusu əməliyyat olundu

Almaniyanın "Bavariya" komandasının futbolçusu Leon Qoretska əməliyyat olunub.

"Report" xəbər verir ki, 24 yaşlı yarımmüdafəçi Almaniya yığmasının düşərgəsində zədələndiyi üçün cərrahi müdaxiləyə ehtiyac duyulub.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. "Bild" nəşri oyunçunun 2-4 həftə oynamayacağını bildirib.

Qeyd edək ki, Leon Qoretska 2018-ci ildən "Bavariya"da çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm