"Mançester Yunayted"in qapıçısı ağır qəza törətdi
Bizi izləyin

İdman

"Mançester Yunayted"in qapıçısı ağır qəza törətdi

İngiltərənin "Mançester Yunayted" futbol klubunun ikinci qapıçısı Serxio Romero ağır qəza törədib.

Publika.az xəbər verir ki, hadisə klubun bazasına yaxın ərazidə baş verib.

33 yaşlı qolkiper komandanın məşqinə tələsərkən 200 min avro dəyəri olan "Lamborgini" markalı avtomobili ilə qəzaya uğrayıb. Klubun açıqlamasına görə, argentinalı qapıçı xəsarət almayıb.

Qeyd edək ki, Romero bu mövsüm "qırmızı şeytanlar”ın heyətində 9 oyuna çıxıb və 2 qol buraxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm