Bu klublarımız çempionluq şanslarını İTİRDİ
Bizi izləyin

İdman

Bu klublarımız çempionluq şanslarını İTİRDİ

Azərbaycan Premyer Liqasında XX turun oyunlarından sonra 3 klub çempionluq şanslarından məhrum olub.

Publika.az xəbər verir ki, hazırda aşağı pillələrdə qərarlaşmış "Qəbələ", "Səbail" və "Sabah" son 8 turdakı matçların nəticəsindən asılı olmayaraq, lider "Qarabağ"a çata bilməyəcək.

Hazırda 45 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu autsayder "Qəbələ"ni 26 xal, 7-ci sıradakı "Səbail"i 25 xal, 6-cı yerdəki "Sabah"ı isə 24 xal qabaqlayır. Yalnız Masazır təmsilçisi 8 oyundan maksimum - 24 xal yığacağı və "Qarabağ" bütün qarşılaşmalarda uduzacağı halda, "köhlən atlar"a çata bilər. Amma bu da çempionluq üçün "Sabah"a kifayət etməyəcək. Çünki şəxsi görüşlərdə "Qarabağ" rəqibini üstələyir. İlk iki dövrədəki görüşlərdə ağdamlılar Jelko Sopiçin baş məşqçi olduğu komandanı məğlub edib - 2:0, 1:0. Üçüncü dövrədəki görüş isə qolsuz başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm