Avro-2020 təxirə salınmayacaq - UEFA
Bizi izləyin

İdman

Avro-2020 təxirə salınmayacaq - UEFA

“Avropa çempionatının vaxtının koronavirusa görə dəyişdirilməsi üçün səbəb yoxdur”.

Publika.az xəbər verir ki, UEFA-nın yazılı açıqlamasında belə deyilir. Bildirilib ki, UEFA koronavirus təhlükəsi ilə bağlı müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. “Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur” - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Avro-2020-nin təxirə salınması ilə bağlı milli futbol federasiyalarının UEFA-ya müraciət etdiyinə dair xəbərlər yayılmışdı. 12 iyun - 12 iyulda keçirilməsi nəzərdə tutulan Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm