Əfsanəvi idmançımızı 4 nəfər dayandıra bilmədi – VİDEO
Bizi izləyin

İdman

Əfsanəvi idmançımızı 4 nəfər dayandıra bilmədi – VİDEO

Əfsanəvi idmançımızı 4 nəfər dayandıra bilmədi – VİDEO

İkiqat paralimpiya çempionu İlham Zəkiyevin yeni videosu yayılıb.

Əfsanəvi idmançının videosu “facebook”da yerləşdirişlib. Səhifənin izləyiciləri tərəfindən də çox bəyənilən video “Növbəti məşq günü” adı ilə paylaşılıb. Publika.az xəbər verir ki, məşq zamanı əfsanəvi idmançımız bir neçə rəqiblə qarşı-qarşıya gəlir, onlara müxtəlif fəndlər tətbiq edir.

İlham Zəkiyev Publika.az-a həmin məşqlə bağlı danışdı:

“Bu videonu dünənki məşqimdən dostum Emil çəkib. Ramazan ayı olduğuna görən axşamlar - saat 6-dan sonra məşq edirəm. Bilirsiniz, Allah qoysa, sentyabr ayının 1-7-si aralığında ABŞ-da dünya çempionatı start götürür. Ona görə də formada qalmaq lazımdır”.

Qeyd edək ki, İlham Zəkiyev ikiqat paralimpiya, iki qat dünya, 5 qat Avropa çempionudur. (http://publika.az/p/9020 ) .

Həmin videonu təqdim edirik:

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm