İdman
Lənkəranda “torba” tikən məşqçi “İmperator”un yerinə göz dikib
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Türkiyə millisinin çalışdırıcısı Fatih Terimi tənqid edib.
Publika.az xəbər verir ki, “Al Jazeera”yə danışan mütəxəsiss Terimin ucbatından yığma komandaya baş məşqçi təyin olunmadığını deyib:
“2005-ci ildə milli komandada işə bir məqsəd üçün başladım. Mənimlə birlikdə çalışan digər baş məşqçi köməkçilərinin də fikri Fatih Terimdən sonra bu posta yiyələnmək idi.
Terimdən sonra Hiddink gəldi. Onunla işləməyimizdə də məqsəd eyni idi. Çünki kifayət qədər təcrübəm vardı və məşqçi olaraq milli komanda ilə 80 matça çıxmışdım. Bizə dəstək verməli idilər.
Lakin Terim bizə yol açmadı. “Həmişə mənə, həmişə mənə” deməklə olmaz. Amma Mustafa Dənizli elə insan deyil. O, daha fərqlidi”.
Çətin 2005-2009-cu illər ərzində Türkiyə millisində Fatih Terimin köməkçisi işləyib.
Qeyd edək ki, Azərbaycan mətbuatında yayılan məlumatlarda Oğuz Çətinin “Xəzər Lənkəran”ın baş məşqçi postuna yiyələnmək üçün klub rəhbərliyi ilə birləşərək Mustafa Dənizliyə “torba” tikdiyi iddia olunur.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi