Daha bir Qran-pri təxirə salına bilər
Bizi izləyin

İdman

Daha bir Qran-pri təxirə salına bilər

31 iyul - 2 avqust tarixlərinə planlaşdırılan "Formula 1" üzrə Macarıstan Qran-prisinin keçirilməsi sual altına düşüb.

Publika.az xəbər verir ki, buna ölkədə avqustun 15-dək 500-dən çox insanın iştirakı ilə idman tədbirlərinin qadağan olunması qərarı səbəb olub.

Bildirilib ki, Macarıstandakı yarış təxirə salınmasa belə, azarkeşsiz baş tutacaq.

Həmçinin oktyabrın əvvəlində keçirilməsi nəzərdə tutulan Yaponiya Qran-prisinə də tamaşaçıların buraxılmayacağı gözlənilir. İddiaya görə, yerli təşkilat komitəsi artıq bilet satışını dayandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm