İdman
“İnter” və “Neftçi”nin potensial rəqibləri
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16.00-da başlayacaq mərasimdə "İnter"lə "Neftçi"nin də potensial rəqibləri müəyyənləşəcək.
II təsnifat mərhələsi başa çatmadığından püşkdə cütlər iştirak edəcək. Belə ki, səbətdən "İnter" və "Neftçi" deyil, "Elfsborq" - "İnter" və "Neftçi" - "Koper" cütü çıxacaq. Ümumilikdə isə 40 belə cüt püşkə qatılacaq. Bunları təşkil edəcək tərəflərdən 40-ı II təsnifat mərhələsinin cütləridi. Digər 18 klub isə birbaşa mübarizəyə qoşulanlardır. Onlar arasında "Olimpik" (Lion), “PSV, “Torino”, “Brügge” kimi tanınmış klublar da var.
Azərbaycan təmsilçiləri “Neftçi” və “İnter”in yer aldığı cütlər fərqli səbətlərdədi. Güclü İsveç klubu “Elfsborq”la qarşılaşan “bankirlər” "səpələnmiş" kimi mərhələ adlaya bilər. “Neftçi” isə Sloveniya “Koper”i ilə görüşdüyündən zəiflər arasındadı.
Artıq komandalar qruplara bölünüb. İlk 4 qrupda 12, 5-ci də isə 10 komanda yer allıb. 4-cü qrupdakı "İnter"in 6, 5-ci qrupdakı "Neftçi"nin 5 potensial rəqibi var.
Səfərdən 1:0 hesablı qələbə ilə ayrılmış "İnter" növbəti mərhələyə yüksəlməyi bacarsa, bu komandalardan biri ilə görüşəcək:
"Hapoel" (Kiryat Şmona, İsrail)
"Ermis" (Kipr)
"Vikinqur" (Farer adaları) - "Tromse" (Norveç) (ilk oyunun nəticəsi - 0:0)
"Petrolul" (Rumıniya) - "Flamurtari" (Albaniya) (2:0)
"Rux" (Polşa) - "Vaduts" (Lixtenşteyn) (3:2)
"Neman" (Belarus) - "Fram" (İslandiya) (1:1)
"Neftçi" isə səpələnməmişlər səbətində olduğundan III mərhələdə nisbətən güclü rəqiblə üz-üzə gələcək. "Ağ-qaralar" növbəti mərhələyə yüksəlsə, aşağıdakı rəqiblərdən biri ilə üz-üzə gələcək:
"Rio Ave" (Portuqaliya)
"Brügge" (Belçika)
"Bursaspor" (Türkiyə) - "Çixura" (Gürcüstan) (0:0)
"Dandalk" (İrlandiya) - "Hayduk" (Xorvatiya) (0:2)
"ÇFR Kluj" (Rumıniya) - "Yaqodina" (Serbiya) (0:0)
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO