"Qarabağ"dan DARMADAĞIN QƏLƏBƏ - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

"Qarabağ"dan DARMADAĞIN QƏLƏBƏ - VİDEO - (YENİLƏNDİ)

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayıb.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada rəqibini 4:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası növbəti mərhələyə yüksəlib.

***

21:45

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki "Qarabağ" - "Sileks" matçında hesab dəyişib.

Publika.az xəbər verir ki,Donald Gerye 51-ci dəqiqədə Ağdamlıların 3-cü, özünün isə 2-ci qolunu rəqibin qapısından keçirib.

Təkbətəkdən fərqi artıran Mahir Emreli "Qarabağ"ın 4-cü qolunu qolunu vurub.

***

20:56

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki "Qarabağ" - "Sileks" matçında hesab dəyişib.

Publika.az xəbər verir ki, 40-cı dəqiqədə "Qarabağ"ın futbolçusu Donald Gerye 2-ci topu rəqibin qapısından keçirib.

***

20:25

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki "Qarabağ" - "Sileks" matçında hesab açılıb.

Publika.az xəbər verir ki, 11-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Xayme Romero fərqlənib.

İspaniyalı yarımmüdafiəçi bu mövsüm Azərbaycan klublarının avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.

***

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayıb.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edir.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarətdir.

***

19:11

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyununda üz-üzə gələcək "Qarabağ" və "Sileks"in (Şimali Makedoniya) start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar matça bu "11-lik"lə çıxacaqlar.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 17. Abdullah Zubir, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 27. Ovusu Kvabena, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 71. Tural Bayramov, 99. Ruslan Hacıyev

Baş məşqçi: Qurban Qurbanov

"Sileks": 1. Daniel Bojinovski, 26. Daniel Karçeski, 5. Srcan Draşkoviç, 6. Vlatko Qrozdanoski, 22. Angelse Timovski, 20. Denis Ristov, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 27. Deyan Tanturovski, 7. İvan İvanovski, 14. Pepi Georgiyev

Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Spirkoski, 9. Stefan Duriç, 10. Miloş Jeravitsa, 11. Kristiyan Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski

Məşqçi: Draqan İvanov

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm