İdman
Gürcüstanda türkiyəli jurnalistləri döydülər – FOTOLAR
Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Çixura" - "Bursaspor" matçından sonra qalmaqal baş verib.
Publika.az xəbər verir ki, oyun bitdikdən sonra keçirilən mətbuat konfransında "Çixura"nın baş məşqçisi Soso Pruizde və qapıçı Kvilitainin açıqlamaları türkcəyə tərcümə olunmayıb.
Bundan sonra gürcü və türkiyəli jurnalistlər arasında mübahisə yaşanıb. Bu zaman gürcüstanlı azarkeşlər və jurnalistlər türkiyəli mətbuat nümayəndələrini döyüb. Davada Türkiyənin bir neçə jurnalisti yaralanıb.
Yalnız mühafizəçilərin müdaxiləsindən sonra gürcü azarkeşlər və jurnalistlər hadisə yerindən uzaqlaşdırlıb. Türkiyəli jurnalistlər isə ifadələri alındıqdan sonra stadionu tərk ediblər. Baş verən hadisələrə görə "Bursaspor" Gürcüstandan üç saat gec ayrılıb.
Qeyd edək ki, penaltilər seriyasında qalib gələn "Çixura" Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq.
-
Mistika23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”