İdman
“Araz” ÇL-də mübarizəni erkən dayandırdı
Futzal üzrə Azərbaycan çempionu “Araz” Çempionlar Liqasında mübarizəyə start verib.
Publika.az xəbər verir ki, Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşıb.
Cütün qalibi bir oyunla müəyyənləşəcəkdi. Bu üzdən də matç gərgin mübarizə şəraitində keçib. Qarşılaşmanın ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. AEK ikinci hissəyə də qolla başlayıb. İkinci hissənin əvvəlində Rizvan Fərzəliyev buraxılan toplardan birinini əvəzini çıxsa da, yunanlar daha bir qol vurmağa nail olublar. Bu azmış kimi, Fineo qırmızı vərəqə alaraq komandasını bir müddət azlıqda oynamaq məcburiyyətində qoyub.
Buna baxmayaraq, ruhdan düşməyən “Araz” matçın əsas vaxtının sonuna kimi buraxılan digər topların da əvəzini çıxıb və hesab bərabərləşib. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda qapılara qol vurulmayıb. Belədə, tərəflər qalibi penaltilər seriyasında müəyyənləşdiriblər. Daha dəqiq oynayan Yunanıstan təmsilçisi növbəti mərhələyə yüksəlib.
Çempionlar Liqası, ilkin mərhələ
28 noyabr
AEK – Araz 3:3
Qol: A.Manos, 1. K.Panu, 20; 28 – R.Fərzəliyev, 24. X.Bağırov, 33. R.Çovdarov, 37.
Hakimlər: Karl Hyuz, Valentin Syuplea, Konstantinos Farmakis
Afina, “Dias Sports Hall”.
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI