İdman
Rəcəbov onlayn şahmat seriyasında liderdir
Artıq iki turniri başa çatan “Champions Chess Tour” onlayn şahmat seriyasının ümumi sıralaması açıqlanıb.
Publika.az xəbər verir ki, iki turnirin nəticəsinə görə seriyaya qrossmeysterimiz Teymur Rəcəbov başçılıq edir. Sıralamada ikinci yeri amerikalı Uesli So, üçüncü yeri isə erməni Levon Aronyan tutur. Seriyanın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen isə ümumi hesabda dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 10 turnirdən ibarət olacaq “Champions Chess Tour” onlayn şahmat seriyası bu ilin sentyabrınadək davam edəcək.
Xatırladaq ki, “Champions Chess Tour” seriyasının ikinci - “Airthings Masters” turnirinin finalında şahmatçımız Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanıb. Ondan əvvəlki - “Skilling Open” yarışında da təmsilçimiz prinsipial qarşılaşmada erməni rəqibinə qalib gəlib. Həmin yarışın qalibi isə ABŞ şahmatçısı Uesli So olub.
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO