Çempionlar Liqasının finalı azarkeşlərlə keçiriləcək
Bizi izləyin

İdman

Çempionlar Liqasının finalı azarkeşlərlə keçiriləcək

Bu mövsüm UEFA Çempionlar Liqasının final oyunu azarkeşlərin iştirakı ilə keçiriləcək.

Publika.az ESPN-ə istinadən xəbər verir ki, Avropada peyvəndləmə prosesinin sürətlənməsini nəzərə alan qitə futbol qurumu həlledici matça məhdud sayda tamaşaçının buraxılacağına ümid edir.

Həmçinin UEFA turnirin bəzi 1/8 final görüşlərinin neytral meydanlara salınmasına baxmayaraq, növbəti mərhələlərdə ənənəvi formatda təşkil olunacağına inanır.

Qurum daha əvvəl AVRO-2020-nin azarkeşlərlə keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm