Məşhur müğənni futbol klubu alır
Bizi izləyin

İdman

Məşhur müğənni futbol klubu alır

Məşhur müğənni Rihanna futbol sahəsinə daxil olmaq fikrindədir. Publika.az xəbər verir ki, dünyaca məşhur müğənni futbol akademiyası quracaq, klub satın alacaq.

İddialara görə, Rihanna bununla bağlı “Qalatasaray”da forma geymiş Didye Droqbadan məsləhət alıb. Yaxın dostu müğənniyə futbola pul qoymağı məsləhət görüb.

Rihanna ilk olaraq, doğulduğu Barbados adalarında futbol akademiyası quracaq. Bununla yanaşı, o, İngiltərədə klub alacaq.

Sənətçi sahibi olduğu klubun prezident postunu da tutmaq niyyətindədir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm