İdman
Milli komandamız Avropa çempionatından imtina etdi
Sambo üzrə millimiz hakim ədalətsizliyinə görə Avropa çempionatında iştirak etməkdən imtina edib.
Publika.az xəbər verir ki, b sözləri AZƏRTAC-a Kipr Respublikasının Limasol şəhərində keçirilən sambo üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət milli komandasının yarışdan kənarlaşdırılması ilə bağlı yığmamızın baş məşqçisi Bəxtiyar Hacıyev açıqlamasında bildirib. O qeyd edib ki, 71 kiloqram çəki dərəcəsində qitə çempionatında mübarizə aparan millinin üzvü Emil Həsənova finalda haqsızlıq edildiyi üçün komanda etiraz edib: "E.Həsənov çox yaxşı samboçudur və birinci dəfə deyil ki, ona qarşı haqsızlıq edilir. O, bu yarışda da inamlı təsir bağışlayırdı. Belə ki, həlledici mərhələyə qədər İsrail, Fransa, Gürcüstan samboçularını məğlub etmişdi. Finalda Rusiyanı təmsil edən Məhəmməd Hacıyevlə görüşündə qızıl medalın bir addımlığında olsa da, hakimlər ona qarşı haqsızlıq etdilər”.
B.Hacıyev bildirib ki, samboçumuz rəqibin ona tətbiq etdiyi ağrıdıcı fənd zamanı təslim olmayaraq vəziyyətdən çıxmağa çalışdığı həlledici anda hakim görüşü dayandıraraq qələbəni rəqibə verib: “Samboda ağrıdıcı fəndə düşən idmançı ya əlini döşəyə vurmalı, ya da qışqırmalıdır. Yoxsa hakim görüşü dayandıra bilməz”.
B.Hacıyev onu da deyib ki, görüşün videosu müvafiq şəxslər, eləcə də, Avropa Sambo Federasiyasının vitse-prezidenti, baş katibi tərəfindən yenidən izlənilib və hakimin səhvə yol verdiyi etiraf edilib. Bununla belə, görüş başa çatdığı üçün nəticə olduğu kimi saxlanılıb: “Bizə təklif etdilər ki, fəxri kürsüdə E.Həsənova gümüş medal verilsin, amma sonradan ona əlavə qızıl medal da simvolik veriləcək. Biz bununla razılaşmadıq. 28 May – Respublika Günündə çox istəyirdik ki, şanlı bayrağımız yüksəklərdə dalğalansın, Azərbaycanın dövlət himni səsləndirilsin. Amma hakim ədalətsizliyi istəyimizə mane oldu”.
Qeyd edək ki, mayın 26-29-da Limasolda yeniyetmə, gənclər və kişilər arasında Avropa çempionatı keçirilib. Qitə çempionatında gənclərdən ibarət yığma komandamız uğurla çıxış edib. Yarışda komandamızın heyətində Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Ağani Məmmədov (79 kq), Adil Adilzadə (88 kq) və Toğrul Salmanov (+98 kq) mübarizə aparıblar. Toğrul Salmanov turnirdə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Nicat Məmmədli (58 kq) gümüş, Elvin Bağırov (64 kq) bürünc medallara sahib olublar.
Gənclərdən ibarət millimiz komanda hesabında üçüncü yeri tutub.
-
Dünya10:54ABŞ göstəriş verdi: Təyyarədaşıyan gəmi bu bölgəyə gəldi
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…
-
İdman07:15Bu klubun prezidentindən şok açıqlama: Messiyə 1,4 milyard təklif etdim
-
Dünya06:46Dünyaya asteroidin çırpılacağı barədə xəbərlər yayıldı - Alimlər nə deyir?
-
Nida Təhlil 01:50Tramp ritorikanı dəyişdi - İrana hücum başlanır
-
Qoroskop01:40Günün ulduz falı: Uğurlu qərarlar dövrü başlayır



































