İdman
Çempionlar Liqasının yeni topu belə olacaq - FOTO
UEFA Çempionlar Liqasının 2021/2022 mövsümünün topunun təsviri üzə çıxıb.
Publika.az xəbər verir ki, fotonu futbol formaları və aksussuarlar üzrə ixtisaslanşmış "Footyheadlines" portalı dərc edib.
Topun baza rəngi ağdır. Onun üzərində qara, çəhrayı, sarı, qırmızı və narıncı rənglərdə işlənilmiş ulduzların təsvirləri yer alıb. Ulduzların rəngləri bir-birini əvəzləyir.
Top üzərində həmçinin "Çempionlar Liqasının rəsmi topu" yazılmış ənənəvi loqotip yer alıb. Texniki sponsor "Adidas"dır.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Neftçi"nin "Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev "Report"a açıqlamasında bildirib ki, bu top pley-off mərhələsindən klubların ixtiyarına veriləcək. Hələlik isə klublar oyunlarını öz topları ilə keçirirlər.
Qeyd edək ki, "Neftçi" I təsnifat mərhələsinin ilk görüşündə Gürcüstan "Dinamo"sunu Tbilisidə 2:1 hesabı ilə yenib. Cavab görüşü iyulun 14-də "Bakcell Arena"da keçiriləcək.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR












.jpg)
























