Konfrans Liqası: "Keşlə" "Soçi"yə məğlub oldu
Bizi izləyin

İdman

Konfrans Liqası: "Keşlə" "Soçi"yə məğlub oldu

Futbol üzrə Azərbaycan Kubokunun sonuncu qalibi olan “Keşlə” komandası iyulun 22-də UEFA Konfrans Liqasında birinci oyununu keçirib.

Publika.az xəbər verir ki, paytaxt təmsilçisi ikinci təsnifat mərhələsinin birinci oyununda Rusiyada “Soçi” klubu ilə qarşılaşıb. “Fişt” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Soçi təmsilçisinin heyətində Rodriqo (10), Kristian Noboa (67, p) və Maksim Barsov (81) fərqləniblər.

Komandalar arasında cavab görüşü iyulun 29-da Bakıda keçiriləcək.

Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Qarabağ” isə Bakıda İsrailin “Aşdod” klubu ilə qolsuz heç-heçə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm