İdman
Yunis Hüseynov: “Şanslar çox yüksəkdir”
Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov “Qarabağ” və “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərindən danışıb.
Publika.az-a danışan Y.Hüseynov “Qarabağ”ın növbəti mərhələyə keçmək şansının olduğunu deyib: “Hər iki klub rəqiblərini yaxşı tanıyır. Əvvəllər "Qarabağ” “Tvente” ilə, “Neftçi” də “Partizan”la artıq qarşılaşıb. “Tvente” “Qarabağ”a qalib gələndə rəqibin güclü futbolçuları var idi. Lakin indi bu klub bir qədər zəifləyib. Bildiyimə görə, bu yaxınlarda güclü futbolçulardan daha birini başqa kluba satıb. Bu baxımdan, hesab edirəm ki, iki oyunun nəticəsinə görə, bəzi aparıcı oyunçuları olmasa da, “Qarabağ”ın növbəti mərhələyə keçmək şansı daha yüksəkdir”.
Y.Hüseynov “ağ-qaraların” da şanslarının kifayət qədər yüksək olduğunu düşünür: “Tvente” ilə müqayisədə “Partizan” bir qədər güclənib. “Neftçi”də bir sıra problemlər olsa da, komanda rəqibini yaxşı tanıyır. Lakin “Neftçi” “Partizan”la görüşə çox ciddi hazırlaşmalıdır.
“Çixura” ilə görüşün ikinci hissəsində “Neftçi” bir qədər zəif oyun göstərmişdi və nəticədə rəqib onun qapısı qarşısında bir neçə qol epizodu yaxalaya bilmişdi. Amma unutmayaq ki, “Partizan” “Çixura” deyil və əlinə düşən imkanlardan maksimum istifadə etməyə çalışacaq. Buna görə də, “Neftçi” “Partizan”la qarşılaşmalarda maksimum dərəcədə yaxşı oyun nümayiş etdirməlidir”.
Xatırladaq ki, İsveçrənin Nyon şəhərində Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” yenidən Hollandiyanın “Tvente”, “Neftçi” isə köhnə rəqibi Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq.
Aygün İlqarqızı
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər