“Yuventus” Ronaldunun uğurlarından pul qazanacaq
Bizi izləyin

İdman

“Yuventus” Ronaldunun uğurlarından pul qazanacaq

İtaliyanın “Yuventus” klubu Kriştianu Ronaldunun “Mançester Yunayted”ə keçidinin tamamilə başa çatdığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat Turin klubunun rəsmi internet saytında dərc edilib.

Məlumatda transferin maliyyə detalları açıqlanıb.

Beləliklə, 36 yaşlı hücumçunun transfer məbləği 15 milyon avro təşkil edib. Məbləğ beş il ərzində ödənilməlidir. Bundan əlavə, “qırmızı şeytanlar” və K.Ronaldu nailiyyətlər əldə edəcəyi təqdirdə Turin təmsilçisinə əlavə səkkiz milyon avro bonus ödəniləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm