İdman
"Qəbələ" səfərdə "Sabah"ı məğlub edib
Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasının III turuna start verilib.
Publika.az xəbər verir ki, turun açılış görüşü “Bank Respublika” stadionunda “Sabah” və “Qəbələ” komandaları aralarında baş tutub.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qırmızı-qaralar"ın heyətində qolları 53-cü dəqiqədə Yaovi Akakpo, qarşılaşmanın əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə Ülvi İsgəndərov vurublar.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Qəbələ" liderliyə yüksəlib. Üç turdan sonra xalı olmayan "Sabah" isə sonuncudur. Paytaxt təmsilçisi cari mövsümdə qol da vura bilməyib.
Qeyd edək ki, günün digər oyununda "Keşlə" və "Zirə" komandaları üz-üzə gələcəklər. Tura sentyabrın 12-də oynanılacaq "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir