Azərbaycan və Qətər yığmalarının start heyətləri açıqlandı
Bizi izləyin

İdman

Azərbaycan və Qətər yığmalarının start heyətləri açıqlandı

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununda gücünü sınayacaq. Millimiz Bakı Olimpiya Stadionunda Qətər yığması ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, saat 21:00-da başlayacaq oyun üçün komandaların start heyətləri açıqlanıb.

Millimizin heyətində meydana Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Anton Krivotsyuk, Filip Ozobiç və Höccət Haqverdi çıxacaqlar.

Qətər yığmasının ilk on birliyində isə Meşaal Barşam, Abdelkarim Hassan, Məhəmməd əl-Bayyati, Tarek Salman, Abdulaziz Hatem, Ahmed Alaeldin, Karim Budiaf, Xidir, Bualem Xuxi, Almoez Əli və Assim Madibo yer alıblar.

Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək.

Qeyd edək ki, bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunu olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm