AFFA Lənkəran komandalarını çempionatdan kənarlaşdırdı
Bizi izləyin

İdman

AFFA Lənkəran komandalarını çempionatdan kənarlaşdırdı

AFFA İntizam Komitəsi Lənkəranın "Təhsil" komandasını U-13 və U-10 liqalarından kənarlaşdırıb.

Publika.az xəbər verir ki, buna hər iki komandanın çempionat oyunlarına təyin olunan vaxtda gəlməmələri səbəb olub. "Təhsil"in U-13 komandasına “Qala 95” (Masallı) ilə, U-10 komandası isə “Xəzər 92” ilə görüşdə üzrlü səbəb olmadan iştirak etməyib.

Bu hal üçüncü dəfə təkrarlandığından, onlar yarışdan xaric olunub. Komanda çempionat oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm