İdman
Canni De Byazi: "Milli komandanın qapısı hamının üzünə açıqdır"
"Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır".
Publika.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Maltaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis iyunda Millətlər Liqasının oyunlarında mübarizə aparacaq heyətin özəyini məyyənləşdirməyə çalışdıqlarını bildirib: "Çox güman ki, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq".
Heyət məsələsinə gəlincə, De Byazi əvvəlki toplanışlara Eddi İsrafilovu COVID-19 pandemiyası və daha sonra klubsuz qalması üzündən çağıra bilmədiklərini diqqətə çatdırıb: "Eddi bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var".
Namik Ələskərovun yüngül zədə üzündən sabahkı oyunda çıxış edə bilməyəcəyini söyləyən baş məşqçi əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verdiklərini xatırladıb. Lakin onun sözlərinə görə, zaman göstərib ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır: "Bu səbəbdən, gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik".
Qeyd edək ki, martın 25-də keçiriləcək Malta - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?