Messi penta-trik edərək, Puşkaşı keçdi
Bizi izləyin

İdman

Messi penta-trik edərək, Puşkaşı keçdi

Argentina milli komandasının futbolçusu Lionel Messi Estoniya ilə yoldaşlıq görüşündə 5 top vurub.

Publika.az xəbər verir ki, 35 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb.

Beləliklə, milli komandaların ən yaxşı bombardirləri siyahısında o, 4-cü yerə yüksəlib və Macarıstan millisinin sabiq hücumçusu, 84 qolu olan Ferents Puşkaşı geridə qoyub.

İlk 3-lükdə Portuqaliya yığmasında qol sayını 117-yə çatdıran Kriştianu Ronaldu, 109 qolla İran millisinin əslən azərbaycanlı hücumçusu Əli Daei və 89 qola malik Malayziyadan olan forvard Moxtar Dahari yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm