İdman
Qurban Qurbanov "Gündəlik Teleqraf"da - FOTOLAR
“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov redaksiyamızın qonağı oldu.
O, “Gündəlik Teleqraf” qəzetinin və Publika.az saytının əməkdaşlarına suallarını cavablandırdı.
Q.Qurbanov futbolla bağlı kitab yazacağının anonsunu verdi, rəhbərlik etdiyi komandaya hansı futbolçunu transfer etmək istədiyi barədə danışdı. Baş məşqçi qalmaqaldan uzaq durmasının sirrini açdı, hədəflərindən bəhs etdi. Q.Qurbanov internetdən özünü tamamilə uzaq durmasının səbəblərinə də aydınlıq gətirdi. Baş məşqçi qadınların futbolla maraqlanmasına münasibətini bildirdi, “Qarabağ”dakı futbolçuların dini baxışı ətrafında geniş müzakirələrə redaksiyamızda son qoydu.
Qurban Qurbanov Azərbaycanın millisinin baş məşqçiliyinə gətiriləcəyinə dair sualı cavablandırdı. Baş məşqçi komandanı daim oyuna hazırlamaqda məşqçilik təcrübəsinin böyük əhəmiyyət kəsb etdiyini dedi: “Milli komandanın ola bilər ki, il ərzində 5-10 oyunu olsun. Bu, daha rahat olar. Böyük klublara gedib təcrübə toplamaq şansı çox olar. Amma hazırda belə bir təklif yoxdur. Bu barədə düşünmürəm. Öz klubumdayam. Milliyə baş məşqçi gəlmək bir günün yaxud bir görüşün nəticəsi deyil. Hər bir məşqçi istəyər ki, milli komandanın başında olsun. Bu, bir imicdir, böyük təcrübədir. Klubdan başqa milli komandanın baş məşqçisi olmaq əlavə və çox fərqli təcrübədir. Masa arxasında təkliflər olanda geniş müzakirələr olacaq. Tam razılığa gələndən sonra belə bir təklifi qəbul etmək olar”.
Nərgiz
Foto: Elçin MURAD
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın cib saatı bu qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO