İdman
Xərçəngə qalib gələn dahini tarixdən necə sildilər? – VİDEO
Fransa Velosiped Turunu düz 7 dəfə (1999 və 2005ci illərdə) qazanıb. O, “ən yaxşı velosipedçi” kimi qəbul edilib.
Publika.az “II taym” layihəsi çərçivəsində bir səhv üzündən bütün karyerası məhv olan veloyürüşçü Lens Armstronq haqda məlumat verəcək.
ABŞ Anti-Dopinq Agentliyi dopinq qəbul etdiyini iddia edərək onun bütün titullarının əlindən alınmasına nail oldu. Lens Armstronq Tur de Fransın 101 illik tarixində rekord əldə etmiş ilk idmançı olub.
Texaslının ilk uğurları
Lens Armstronq 18 Sentyabr 1971 ci ildə Texasda doğulub. 1991-ci ildə velosiped idmanı ilə maraqlanmağa başlayıb.
Bir il sonra, 1992-ci ildə Barselona Olimpiadasında veloyürüşə qatılan Amerikalı idmançı yarışı 14-cü sırada başa vurub və həmin il peşəkar karyerasına başlayıb. 1992-ci ildə San Sebastian Klassik yarışında peşəkar turnirlərdə ilk birinciliyini qazanıb.
1993-1995-ci illəri arasında "Team Motorola" ilə yarışa davam edən Armstronq, dünyanın ən vacib professional velosiped yarışı Fransa Turunda iki etap birinci olub. 1996-ci ildə ölkəsindəki ən əhəmiyyətli velosiped yarışı olan "Tour de Pont"u qazanıb. Ancaq Fransa turunu tamamlaya bilməyib.
Beyninə qədər yayılan xərçəng xəstəliyi
1996-cı il oktyabrın 2-də Armstronqun xərçəng xəsətəsi olduğu və xəstəliyin beyninə qədər yayıldığı məlum olub.Onun yaşamaq şansının 40 faiz olduğu bildirilib.
Ancaq Armstronq İndiana Universitetində aylarla davam edən kimyaterapiya müalicələrindən sonra xərçəngə qalib gəlir.
Şübhəsiz, Lens Armstronqun həyatını dəyişdirən hadisə xərçəng xəstəsi olduğunu öyrənməsi idi. O, xərçəngə qarşı ümidini kəsmədən döyüşənlərdən olmağı üstün tutub. İdmançı artıq velosiped turnirlərində digər rəqibləri ilə deyil, həyatla, xərçənglə də mübarizə aparırdı. Kimyaterapiya qəbul edən Armstronq bir tərəfdən də məşqlərini davam etdirirdi.
Sağaldıqdan sonra idmançı həkimi Nikolasa sual verir:
- Yaşamaq şansım əslində nə qədər idi?”
Həkim cavabında “sadəcə 3 faiz” deyir.
Ölümcül xəstəlikdən sonra böyük uğur
1998-ci ildə "US Postal" komandası ilə müqavilə imzaladı və çox sevdiyi velosiped idmanına qayıtdı. Çıxdığı ilk böyük yarışda - İspaniya Velosiped Turunda əsas klasmanda dördüncü oldu. Armstronqun əsl dönüşü 1999-cu ildə Fransa Turunda gerçəkləşib. Amerikalı idmançı Fransada ard-arda 7 mövsüm sarı forma ilə "Champs Elysee" Bulvarında zəfər yaşayıb.
Yarış başa çatdıqdan və prezident Buşun təbrik zəngindən sonra müxbirlərin suallarına cavab verən Arsmtronq belə deyib:
“Bunu altı dəfə etmək görünməmiş bir şeydir. Parisdə son döngələrdə fikriləşdim ki, elə bununla bitirmək istəyirəm. Amma bundan sonra öz-özümə fikirləşdim ki, bir də bunu edim, çünki bəlkə bir daha bunu edə bilməyəcəyəm. Bununla hesablaşmamaq olmaz”.
Lens Armstronq 1999-2005-ci illərdə əldə etdiyi yeddi çempionluqla dünyanın ən yaxşı rekordçularını - Merks, İnu, İndurain və Anketil kimi əfsanələri geridə qoyub.
Dopinq qəbul etdiyini dedilər - sərt dillə yalanladı
2005-ci ildə karyerasını bitirdikdən sonra dopinq qəbul etməsi ilə bağlı söz-söhbət yayıldı. Armstronq bu söz-söhbəti qəti şəkildə təkzib etdi.
2006-cı il iyunda doppinq testindən təmiz çıxdı.
“Həyatın gücü”
Armstronq güclü azarkeş qrupuna da sahibdir. İdmançının xəstəlikdən sonra çıxdığı yarışda azarkeşlərinin çoxu qollarına “Lifestrong” yazılmış sarı rəngli sarğı bağlayıblar. Bu, Armstronqun “Həyatın gücü” adlı fondunun emblemidir.
Yazdığı kitab
Armtsronq yaşadığı bütün çətinlikləri və sonuncu qələbəsini qələmə alıb. "Həyata çevrilən Pedal”(2008), “Velosipedin deyil, İnancın Hekayəsi" adlı kitabları geniş oxucu kütləsi oxuyub.
O, “xərçənglə mübarizə” mövzusunda bir çox layihələrə də imza atıb.
Lens Armstronq tarixdən silindi
2012-ci ildə Beynəlxalq Velosipedçilər İttifaqı (BVİ) ABŞ-ın Anti-Dopinq Alyansının Lens Armstronqa verdiyi ağır cəzanı təsdiqləyib. Amerikalı velosipedçi ona ünvanlanan dopinq ittihamlarında qarşı mübarizə aparmayacağını bildirmişdi. Bir ay davam edən müzakirələrdən sonra BVİ-nin cəzanı təsdiq etməsiylə Armstronqun cəzası rəsmiləşib. Belə olduğu təqdirdə Armstronqun 7 dəfə qazandığı Fransa Velosiped Turu, karyerası boyunca əldə etdiyi qələbələr əlindən alınıb, ona həmçinin ömür boyu idman yarışlarına qatılmamaq cəzası verilib. Beləliklə, dünyanın ən əfsanəvi idmançılarından sayılan Lens Armstronq idman tarixindən silinib.
Ailəsi
Həyat yoldaşı Kristindən 2004-cü ildə boşanan Armstronq amerikalı rok müğənnisi Şöl Krovla iki il sevgili oldu. Bu münasibəti rəsmiləşdirmək istəyən cütlük nişanlanmaq qərarına gəlirlər. Ancaq 1 il nişanlı qalan cütlük ayrılmaq qərarına gəlir.
Səhvini etiraf etdi
2013-cü il yanvarın 16 -da Armstronq dopinq qəbulu etdiyini etiraf edir. O, bu etirafı məşhur "tok-şou" aparıcısı Opra Unfriyə verdiyi 2,5 saatlıq müsahibədə edib.
O müsahibədən bir neçə məqamı təqdim edirik:
Opra : - Performansını yaxşılaşdırılması üçün qadağan olunmuş maddə istifadə etdinmi?
Armstronq: - Bəli.
Opra : - Bu maddələrdən biri EPO idimi?
Armstronq: - Bəli.
Opra : - Performansını yaxşılaşdırılması üçün qan dopinqi ya da qan transfuziyası etdinmi?
Armstronq: - Bəli
Opra: - Bu "mədəniyyət" nədir, açıqlaya bilərsənmi? Hər kəs dopinq qəbul edirdi?
Armstronq: - İzah etmək çətindir, öz qərarlarımı özüm verdim. Mənim xətamdı, burada bu gün mən otururam. Hər kəs edirdi deyə bilmərəm, bunu deyəcək insanlar olacaq, əlbəttə.
Opra: - Tutulacağından qorxmurdunmu?
Armstronq: - Xeyr, dopinq nəzarəti o zamandan bəri dəyişib. O zamanlar yarış xaricində test edilmirdik, teorik olaraq mümkündür. Amma karyeramın böyük qisimi boyunca yarış xaricində testdən keçmədim.
Opra: - 2005-ci ildən sonra dopinq qəbul etdinmi?
Armstronq: - O xətti ən son 2005-ci ildə keçdim, 2005-ci il son dəfə idi, əminliklə deyə bilərəm!
Opra: - Başqa velosipedçinin də dopinq qəbul etməsini gözlədinmi, ya da tələb etdinmi?
Armstronq: - Mən heç kimi dopinq qəbul etməsi üçün məcbur etmədim. Amma nümunə ola bilərəm.
Opra: - O dövrdə dikbaş biri idin?
Armstronq: - Bəli, gedişata nəzarət etmək üçün eləydim. Biri mənim xoşlamadığım bir şey etsə, buna nəzarət etməyə çalışırdım. Həyatım boyunca belə oldum. Xəstələnməmişdən əvvəl mübariz biri idim. Amma xərçəng diaqnozundan sonra "həyatda qalmaq üçün hər şeyi edəcəyəm" deməyə başladım və bu davranışı birbaşa velosipeddə etdim. Xərçəngdən əvvəl belə biri deyildim "
Opra : - 7 dəfə Fransa Velosiped Turunu dopinq qəbul etmədən qazanmaq mümkündürmü?
Armstronq: - Xeyr, bu mümkün deyil. Bu dövrdə mümkün deyil. Bu mədəniyyəti mən icad etmədim. Amma bunu dayandırmaq üçün də çalışmadım.
Heç bir dopinq testim müsbət çıxmadı. Yüzlərlə doping testini rahat şəkildə keçdim, çünki sistem qüsurlu idi. Turu qazanarkən dopinq qəbul etməyim mənə “səhv edirəm” fikrini təlqin etmədi. Bilirəm, qorxulu cavabdır. Özümü pis də hiss etmədim. Bilirəm, bu cavabım daha da qorxuludur. Bu vəziyyəti hiyləgərlik kimi görmürdüm. Bu daha çox digərləriylə eyni şərtlərə gəlməyə çalışmaq kimi idi.
Bundan sonra həyatım insanların etibarını təkrar qazanmaq üçün çalışmaqla və üzr istəməklə keçəcək "
Opra :- Səncə, hekayənin əsas fikri nədir?
Armstronq: - Buna verəcək bir cavabım yoxdur. Ən böyük cinayət mənə inanan və məni dəstəkləyənləri aldatmaq idi.
Armstronqa 112 sual verən Opra sonda belə deyib: "Hər sualın cavabını ala bilmədim. Ancaq insanların maraqlandığı çox əhəmiyyətli suallarımı cavabladı. Artıq gizlədiləcək bir şey yoxdur. Çünki hamınız Armstronqun dopinq qəbul etdiyini təsdiqlədiyini bilirsiniz".
Karyerasındakı vacib nöqtələr:
1992- Barselona Olimpiadasını 14-cü yerdə bitirib.
1992- San Sebastian Klassik Yarışı, birincilik əldə edib.
1993 - 1995- Motorola ilə razılaşıb.
1993- Dünya Velosiped Çempionatında birincilik əldə edib.
1993 1995- Fransa Velosiped Turu, iki mərhələ birinciliyinə imza atıb.
1996- "Tour de Pont "u qazanıb.
1996- Fransa Velosiped Turunu tamamlaya bilmədi.
1996- Atlanta Olimpiadasında böyük xəyal qırıqlığı yaşayıb.
1996- 2 Oktyabr tarixində 3-cü səiyyəli xərçəng olduğunu öyrəndi.
1998- US Portal ilə razılaşıb.
1998- İspaniya Velosiped Turunda (Vuelta) 4-cü olub.
1999 - Fransa Velosiped Turunda birinci olub.
2000- Fransa Velosiped Turunu birinci başa vurub.
2001- Fransa Velosiped Turunda birinci olub.
2001- İsveçrə Velosiped Turunda birinci olub.
2002- Fransa Velosiped Turunda birinci olub.
2003 Fransa Velosiped Turunda birinci olub.
2004 Fransa Velosiped Turunda birinci olub.
2005 Fransa Velosiped Turunda birinci olub.
Aygün İlqarqızı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO