İdman
Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər
Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastları Cessika Qədirova və Cennifer Qədirova Bakıya gələcək.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) Publika.az-a verilən məlumata görə, əkiz bacılar Şəki Olimpiya İdman Kompleksində AGF-nin yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə milli yarışların açılış mərasimində iştirak edəcəklər.
Onlarla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu türkiyəli Ferhat Arıcan, dünya çempionu, Avropa çempionatının gümüş medalçısı italiyalı Milana Baldassarri, dünya çempionatının bürünc mükafatçıları israilli Amir Daus və Tomer Offir, gənclər arasında Avropa çempionları Rotem Amihai və Or Abraham və Dünya Yaş Qrupları Yarışlarının qalibləri Yonatan Fridman ilə Emi Rafaeli də turnirə qatılacaqlar.
Qeyd edək ki, yarışların açılış mərasimi dekabrın 9-da təşkil olunacaq.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi