İdman
Premyer Liqa: “Qarabağ” “Neftçi”ni darmadağın etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Publika.az xəbər verir ki, günün yaganə oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma “köhlən atlar”ın 4:0 hesablı qələbəsi ilə bitib. Ağdam təmsilçisinin qollarını 37-ci dəqiqədə Kadi Borges, 60-cı dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Ramil Şeydayev vurub. 83-cü dəqiqədə isə Kadi Borges cərimə zərbəsindən baxımlı qola imza ataraq, dubl edib.
Xallarının sayını 44-ə çatdıran “Qarabağ” birinci pillədə qərarlaşıb. “Ağ-qaralar” 32 xalla üçüncü sıradadır.
Qeyd edək ki, XVI turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt”, “Zirə” – “Turan Tovuz” görüşləri dekabrın 4-də olacaq.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi