İdman
Niderland millisi ABŞ-ı məğlub etdi - YENİLƏNDİ

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, 1/8 final mərhələsində ABŞ yığmasına 3:1 hesabı ilə qalib gələn kollektiv növbəti raunda yüksəlib.
İlk qolu 10-cu dəqiqədə Avropa təmsilçisinin heyətində Memfis Depay vurub. 45+1-ci dəqiqədə Deyli Blind fərqi iki topa çatdırıb. Amerikalılar 76-cı dəqiqədə Hadji Raytın qolu ilə ümidlənib. Lakin 81-ci dəqiqədə Denzel Dümfriz yenidən fərqi iki topa çatdırıb və görüşdə son nöqtəni qoyub.
Qələbə sayəsində 1/4 finala adlayan Niderlandın bu mərhələdəki rəqibi Argentina – Avstraliya cütünün qalibi olacaq. 1/4 final matçı dekabrın 9-da keçiriləcək.
xxx
20:12
Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, ilk yarıdan sonra niderlandlılar hesabda öndədir - 2:0.
xxx
19:51
Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda ilk hissə başa çatıb.
Publika.az xəbər verir ki, komandalar fasiləyə Avropa təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə yollanıblar.
xxx
19:47
Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.
Publika.az xəbər verir ki, 45+1-ci dəqiqədə fərqlənən Deyli Blind Niderlandı 2:0 hesabı ilə önə keçirıb.
xxx
19:11
Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 10-cu dəqiqədə Memfis Depay niderlandlıları hesabda önə keçirib.
xxx
19:10
Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final mərhələsinin oyunu start götürüb.
Publika.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
xxx
17:45
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo
ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO
-
Kriminal5 Fevral 20:31
Gədəbəydə DƏHŞƏT: ata iki oğlunu bıçaqladı
-
Magazin25 Fevral 19:31
Evli qadınlar arasında ən gözəli o oldu - FOTO
-
Magazin15 Fevral 18:48
Pərvin Abıyevadan yarıçılpaq FOTOLAR