Onun rəqibi Şampan olacaq
Bizi izləyin

İdman

Onun rəqibi Şampan olacaq

Onun rəqibi Şampan olacaq

FİFA-nın baş katibinin keçmiş müavini Jerom Şampan qurumun prezidenti postuna namizədliyini irəli sürəcək.

Publika.az xəbər verir ki, bu barədə məlumatı Şampan özü verib:

“FİFA-nın seçki komissiyasının sədri Domeniko Skalaya bu barədə məlumat vermişəm. Ona bildirdim ki, prezident postuna namizədliyimi irəli sürəcəm”.

Jerom Şampan hələ yanvar ayında prezident seçkilərində iştirak edəcəyini bildirmişdi. Ancaq sonradan o, Jozef Blatter namizədliyini irəli sürəcəyi təqdirdə, seçkilərdə iştirak etməyəcəyini bəyan etdi.

Blatter isə sentyabr ayında açıqlama verərək, seçkilərdə iştirak edəcəyini bildirdi. Blatter sentyabrın sonunda FİFa İcraiyyə komitəsinin iclasında namizədliyini rəsmən irəli sürəcək.

FİFA prezidenti postuna seçkilər 2015-ci ilin may ayında Sürixdə keçiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm