İdman
DÇ-2022 Qətərə nələr qazandırdı?
Futbol, sadəcə bir oyundurmu? Xeyr! Futbol bir çoxumuzun ehtiraslı sevgisidir. Bu oyunu həyatının mənasına çevirən fanatiklər də var. Bəzilərinə görə isə futbol bir topun ardınca 22 adamın qaçmasıdır, vəssalam. Reallıq budur ki, bu kənardan sadə idman növü görünsə də, dünyamızın reallığında hər şey tamam başqadır.
2010-cu ildə FİFA Dünya Kubokuna hansı ölkənin ev sahiblik edəcəyini müəyyənləşdirmək üçün İcraiyyə Komitəsinin üzvlərini İsveçrədə topladı. Həmin iclasda DÇ-2018 və DÇ-2022-yə ev sahiblik edəcək ölkələrin adları müəyyənləşməli idi. Sözügedən mundiallarlı böyük ölkələr qəbul etmək istəyirdi. Dövlət rəhbərləri də həmin toplantıda idi. Tədbirdə ABŞ-ni Bil Klintonla, Böyük Britaniya isə Şəhzadə Uilyamla təmsil olunurdu. Onlar vəziyyətə özləri nəzarət etmək istəyirdilər. Bununla da yarışı qəbul etmək istəklərini nümayiş etdirməyə çalışdırdılar.
Sən saydığını say, gör fələk nə sayır. Turnirlə bağlı əvvəlcədən verilən proqnozlar özlərini doğrultmadı. Seçkidən sonra DÇ-2018-in Rusiyaya, 4 il sonrakı turnirin isə Qətərə verildiyi açıqlandı. Hər kəs təəccüb içində idi. Müxtəlif rüşvət iddiaları ortalığa atıldı. Bəs bu doğru xəbər idimi? Dünya çempionatına ev sahiblik etmək belə çirkli işə bulaşacaq qədər önəmlidirmi? Əslində cavabı müxtəlif formalarda tapmaq olar.
Futbol fərqli adlarla, qaydalarla oynanılan bir idman növüdür. Hər dövrdə ətrafında böyük kütləni toplamağı bacaran oyundur. Dünya çempionatları isə 4 ildən bir keçirilməsinə rəğmən, böyük nüfuza, təsir dairəsinə malik turnirdir. Bu vaxta kimi keçirilən mundialların bir maraqlı hekayəsi olub. Əhatə dairəsi, təsir qüvvəsi, dövr etdiyi pulların məbləğinə görə müqayisəedilməz vəziyyətə gəlib. Buna görə də ölkələr bu möhtəşəm turniri qəbul etmək üçün əllərindən gələni edirlər. Hətta yüksək təşkilatçılıq xərcləri belə onları qorxutmur. Rusiya və Qətər kimi zəif futbol infrastrukturu olan ölkələr kifayət qədər böyük pullar xərcləyərək yeni stadionlar, məşq bazaları, binalar və tələb edilən digər məsələləri həll etdilər.
Bu pullar itirilirmi? Əlbəttə, xeyr. Rusiya işinin öhdəsindən gəldi. Avropa futboluna daha yaxın olan bu ölkə üçün heç də çətin olmalı deyildi. Ancaq 3 tərəfi səhra olan Qətərin belə təcrübəsi və şəraiti, ümumiyyətlə yox idi. Bu səbəbdən turnirə hazırlıq prosesində 300 milyard dollara yaxın vəsait xərcləndi. Hazırlıq prosesində Qətərlə bağlı müxtəlif xəbərlər yayıldı. Ancaq uğura gedən hər yol mübahdır deyirlər. DÇ-2022 bu ölkəyə baha başa gəlsə də, tanınmaq, turist cəlb etmək və potensialını nümayiş etdirmək baxımından önəmli oldu.
Xüsusilə turnirdən öncə Qətər sərt dini qaydalarına görə tənqid edilsə də, turniri gedişatında hər şeyin tamam başqa formada olduğu üzə çıxdı. Mundial zamanı İslam dini müxtəlif formalarda təbliğ edildi. Kitablar paylanıldı, geyimlər nümayiş etdirildi. Turnirlə bağlı stendlərdə, qrafikalarda İslamın gözəlliyini əks etdirən nişanlar və şüarlar yerləşdirildi. Eyni zamanda, stadionların ətrafında və oyunlar zamanı spirtli içkidən istifadə qadağan edildi. Bu, əvvəlcədən ictimaiyyət qarşısında birmənalı qarşılanmasa da, sonradan müsbət məqam kimi diqqət çəkdi.
Bütün bunların sayəsində minlərlə insan İslam dini, mədəniyyəti ilə tanış oldu. Eyni zamanda, müsəlmanların təşkilatçılıq qabiliyyətlərini və digər kefiyyətlərini öyrəndilər. Bütün bu məqamlar Qətərin təbliğatı baxımından önəmli oldu. Mundial bitsə də, hazırda çox sayda insan, təşkilatçı, futbolçu və məşqçilər orada istirahət edirlər. Bu isə yatırımların özünü doğrultmasını göstərir.
Qətərin mundialda qazandığı təcrübə imkan verir ki, bu ölkə gələcəkdə Dünya kuboku ilə bir nüfuzda olan yarışları qəbul etsin. Ölkənin artıq Olimpiya Oyunlarını qəbul etməsi gələcəkdə belə planlarının olmasından xəbər verir.
Heybət Məmmədov
-
Magazin122:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI
-
Kriminal22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO
-
Sosial21:00
Azərbaycanda toy YASA ÇEVRİLDİ
-
İdman20:48
Mbappe Fransa millisinə ŞƏRT QOYDU - Yalnız bu matçlarda...
-
Magazin120:36
Builki “Səs”in ən yaxşılarını onlar seçəcəklər - FOTO
-
Qarabağ 20:24
Bu tarixdən Turşsuya qayıdış başlayacaq
-
Ekologiya19:24
Güclü leysan yağdı, bu rayonda 300-dən çox ev su içində qaldı - VİDEO/FAKTİKİ HAVA