İdman
İdman dırmanması üzrə Çempionat keçiriləcək
Sentyabrın 20-21-də “ClimBaku” İdman Dırmanması Mərkəzində idman dırmanması üzrə növbəti Açıq Respublika Çempionatı keçiriləcək. Publika.az-ın məlumatına görə, çempionat Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə baş tutacaq.
Beynəlxalq federasiyaların tələb və şərtlərinə, eyni zamanda İdman Dırmanması üzrə Respublika çempionatının Əsasnaməsinə uyğun olaraq təşkil olunan çempionatda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən Respublikanın müxtəlif bölgələrindən olan klubların idmançılarının iştirakı gözlənilir.
3 mərhələdə (təsnifat, yarımfinal, final) keçiriləcək yarışda idmançılar boulderinq və sürət növləri üzrə qüvvələrini sınayacaqlar.
İdman Dırmanması üzrə Açıq Respublika Çempionatının keçirilməsində əsas məqsəd ölkəmizdə ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını inkişaf etdirmək və gələcəkdə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.
Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO